Bank Of Baku

Aleksander Van der Bellen Prezident İlham Əliyevə başsağlığı verib

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen

© APA | Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen

# 14 yanvar 2025 18:37 (UTC +04:00)

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Prezident İlham Əliyevə başsağlığı verib.

APA xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin 38 nəfərin həyatına son qoyan faciəvi qəzası ilə bağlı xəbəri böyük kədər hissi ilə öyrəndim. Düşüncələrimiz bu faciəvi qəza qurbanlarının ailələri və yaxınları ilədir.

Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR