Ali Baş Komandan: “Müharibədən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı”

Ali Baş Komandan: “Müharibədən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı”
# 30 aprel 2022 14:20 (UTC +04:00)

İndi sayla bağlı mən bir şey demək istəmirəm. Ancaq onu deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı.

APA xəbər verir ki, bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində çıxışında deyib.

Ali Baş Komandan vurğulayıb ki. indi seçim daha sərtdir və maraq daha böyükdür, müraciətlər kifayət qədər çoxdur.

“Mənəvi-psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və ən önəmlisi Vətən sevgisi bu seçimin əsas şərtləridir”, - Prezident İlham Əliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR