Ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodik işlərin təşkili qaydaları və professor-müəllim heyətinin tədris işi vaxtı norması təsdiqlənəcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərmanda əksini tapıb.
Elm və Təhsil Nazirliyi üç ay müddətində ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodik işlərin təşkili qaydalarını və professor-müəllim heyətinin tədris işi vaxtı normasını təsdiqləməlidir.