Bank Of Baku

Anar Kərimov maliyyə nazirinin birinci müavini, Himalay Məmişov müavini təyin edilib

Anar Kərimov, Himalay Məmişov

© APA | Anar Kərimov, Himalay Məmişov

# 15 aprel 2025 17:55 (UTC +04:00)

Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

O, maliyyə nazirinin birinci müavini təyin edilib.

Prezidentin digər Sərəncamı ilə Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR