Bank Of Baku

Azərbaycan lideri: Gözləyirik ki, ABŞ-la münasibətlərdə itirilmiş 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq

Azərbaycan lideri: Gözləyirik ki, ABŞ-la münasibətlərdə itirilmiş 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq
# 12 fevral 2025 10:08 (UTC +04:00)

Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.

"Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq", - dövlət başçısı deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR