Bank Of Baku

Azərbaycan lideri Syerra-Leone Prezidentini təbrik edib

Azərbaycan lideri Syerra-Leone Prezidentini təbrik edib
# 26 iyul 2023 16:42 (UTC +04:00)

Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya məktub göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Syerra-Leone arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR