“Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar”.
APA-nın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Ötən bir il ərzində görülən genişmiqyaslı bərpa və quruculuq işləri barədə danışan dövlətimizin başçısı deyib: “Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq”.
Azərbaycan Prezidenti: Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik
© APA | İlham Əliyev, Azərbaycan Prezidenti
17 oktyabr 2021 17:10 (UTC +04:00)
Rəsmi xəbər
Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1
16:57
7 may 2024
Azərbaycan Prezidenti və Slovakiya Baş naziri mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB-1
16:06
7 may 2024
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib
15:22
7 may 2024
Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir
14:10
7 may 2024