Azərbaycan Prezidenti: Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik

Azərbaycan Prezidenti: Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik
# 02 oktyabr 2023 11:49 (UTC +04:00)

Bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəsi çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib.

“Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk”, - deyə dövlət başçısı əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR