Bank Of Baku

Azərbaycan Prezidenti: Davamlı sülh, sabitlik istiqamətində Britaniyanın dəstəyinə ümid edirik

Azərbaycan Prezidenti: Davamlı sülh, sabitlik istiqamətində Britaniyanın dəstəyinə ümid edirik
# 10 oktyabr 2022 13:09 (UTC +04:00)

“Bizim mövqeyimiz çox aydındır. Biz bunu vurğulamışıq və ictimai şəkildə bir neçə vacib təkliflər irəli sürmüşük ki, onlar davamlı sülh, sabitlik, təhlükəsizlik və normal qonşuluq münasibətlərinə gətirib çıxara bilər”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edərkən bildirib.

Dövlət başçısı deyib ki, biz bu istiqamətdə Böyük Britaniya Hökumətinin dəstəyinə ümid edirik. Bizə məlumdur ki, ölkənizin də regionla bağlı gündəliyi eynidir – sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq:

“Əminəm ki, qarşıdan gələn illərdə biz sizinlə, buradakı heyətinizlə və hökumət rəsmilərinizlə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinin sürətləndirilməsi istiqamətində əməkdaşlıq edəcəyik. Yəni, gündəliyimiz olduqca genişdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR