Bank Of Baku

Azərbaycan Prezidenti: Gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik

Azərbaycan Prezidenti: Gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik
# 07 aprel 2023 15:26 (UTC +04:00)

Gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik. Daha doğrusu, bu iş artıq başlanmışdır.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatı zamanı bildirib.

“Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya önəmli sazişə imza atmışlar. Və bu ilin fevral ayında Bakıda Yaşıl Enerji layihəsinin birinci rəhbər komitəsinin iclası keçirilmişdir. Bu, genişmiqyaslı layihədir və əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi həm 4 ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaq, eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyanın Prezidenti imzalama mərasimində də iştirak etmişdir”, - Prezident qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR