Azərbaycan Prezidenti: Gələn il “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

Azərbaycan Prezidenti: Gələn il “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq
# 01 mart 2024 11:31 (UTC +04:00)

Növbəti ilin birinci rübündə dərinsulu “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib.

“Azəri-Çıraq-Günəşli”nin uzun müddət neft ixracımızın əsas mənbəyi olduğunu söyləyən dövlət başçısı deyib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, bizim qaz təchizatımıza əlavə mənbə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR