Bank Of Baku

Azərbaycan Prezidenti: Heç kim Ermənistanı qınamadı, BMT qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi

Azərbaycan Prezidenti: Heç kim Ermənistanı qınamadı, BMT qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi
# 15 oktyabr 2026 12:14 (UTC +04:00)

“1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Ermənistanın əvvəlki rəhbərliyi, Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları - bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar.

“Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirib. Ermənistanın hazırkı baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, "Qarabağ Ermənistandır və nöqtə". Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" ilə təhdid edirdi.

Bütün bu hədsiz həyasızlığa beynəlxalq - dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini-müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi. ATƏT laqeyd qaldı.

Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alır, təcavüzkar olan Ermənistanı həvəsləndirirdi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupu məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı”, - Prezident İlham Əliyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR