Kahramanmaraşlılar bu dəhşətli zəlzələ ilə üz-üzə qalaraq öz iradələrini göstərdilər, sınmadılar, əyilmədilər. Bilirdilər, inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır, onların arxasında güclü Türkiyə dayanır.
APA-nın Kahramanmaraşa ezam olunan əməkdaşı xəbər verir ki, bunu Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı Türkiyənin zəlzələ bölgələrində yaşayan sakinlərə xitab edərək deyib ki, Azərbaycanda onların 10 milyon bacı-qardaşları var: “Azərbaycanlılar da bilirlər ki, onların 80 milyondan çox türkiyəli qardaşlarımız var”.