Azərbaycan Prezidenti: Macarıstanla strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk

Azərbaycan Prezidenti: Macarıstanla strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk
# 29 fevral 2024 11:01 (UTC +04:00)

Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişlənməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoka təbrik məktubunda deyilir.

“İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Macarıstan arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi naminə birgə səylər göstərəcəyik”, - məktubda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR