Azərbaycan Prezidenti: Qarabağ məsələsində də qardaşım Rəcəb Tayyib Ərdoğanla çiyin-çiyinə idik

Azərbaycan Prezidenti: Qarabağ məsələsində də qardaşım Rəcəb Tayyib Ərdoğanla çiyin-çiyinə idik
# 19 iyun 2025 16:36 (UTC +04:00)

Qarabağ məsələsində də biz əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla çiyin-çiyinə idik, savaşın ilk günündən bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Prezidentinin bizə göstərdiyi siyasi, mənəvi dəstək, Türkiyənin xalqının bizimlə bərabər olması gücümüzə güc qatıb.

APA-nın Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

"Biz tarixi ədaləti bərpa etdik, bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsiz yaşayır", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin yaradılmasının da çox gözəl hadisə olduğunu diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR