Azərbaycan Prezidenti Serbiyaya işgüzar səfərə gəlib - FOTO

Azərbaycan Prezidenti Serbiyaya işgüzar səfərə gəlib - FOTO
# 10 dekabr 2023 13:03 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya işgüzar səfərə gəlib.

APA-nın Serbiyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gəlib.

Niş şəhərinin “Konstantin Veliki” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşıladılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR