Bank Of Baku

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsinə çevriləcək

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsinə çevriləcək
# 25 may 2023 18:06 (UTC +04:00)

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətli iştirakçısıdır.

“Ölkəmizin nəqliyyat-logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir”, - Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət donanmasına malikdir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmçinin Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib:

“Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsinə çevriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR