Bank Of Baku

Azərbaycan Prezidentinin Vətən müharibəsi zamanı BBC-yə müsahibəsi 3 milyon baxışı keçib - VİDEO

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 07 may 2021 15:44 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibə 3 milyon baxışı keçib.

APA-nın məlumatına görə, indiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.

BBC-nin "Twitter" platformasında yayımlanan müsahibəyə Azərbaycanı, onun Prezidentini, ölkəmizin haqlı mübarizəsini dəstəkləyən kifayət qədər rəy yazılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Azərbaycanın maraqlarını müdafiə edib, həqiqətləri bütün dünyaya çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR