Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lamla məhdud tərkibdə görüşü başa çatıb.
Bu barədə APA-nın əməkdaşı xəbər verir.
***
16:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü başlayıb.
Bu barədə APA-nın əməkdaşı xəbər verir.