Bank Of Baku

Azərbaycan Səudiyyə Ərəbistanının diplomatik və xidməti pasport sahiblərini qısamüddətli vizadan azad edib

Azərbaycan Səudiyyə Ərəbistanının diplomatik və xidməti pasport sahiblərini qısamüddətli vizadan azad edib
# 13 dekabr 2024 16:35 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.

APA-nın xəbərinə görə, qanuna əsasən, Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatik, xüsusi və xidməti pasport sahiblərini qısamüddətli vizadan qarşılıqlı azad edilir.

“Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu” sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR