Bank Of Baku

Azərbaycan və Çexiya Qarışıq Komissiyanın Azərbaycan tərəfdən həmsədri dəyişib

Azərbaycan və Çexiya Qarışıq Komissiyanın Azərbaycan tərəfdən həmsədri dəyişib
# 30 sentyabr 2021 15:30 (UTC +04:00)

Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfdən həmsədri dəyişib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda əksini tapıb.

Bu vəzifə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfə həvalə olunub. Bundan əvvəl bu vəzifəni İqtisadiyyat nazirinin müavini olmuş Rüfət Məmmədov tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR