Azərbaycan və Tacikistan prezidentləri geosiyasi dəyişiklikləri müzakirə edib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

© APA | Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

# 23 may 2024 16:05 (UTC +04:00)

“Bu gün geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik”.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla birgə mətbuata bəyanatı zamanı deyib.

“Bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir”, - dövlət başçısı əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR