“Deməliyəm ki, sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulur və vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər: "Bu, ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür”.