Bank Of Baku

Azərbaycanın istehlak bazarında strateji əhəmiyyətli malların siyahısı hazırlanacaq

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 10 fevral 2022 16:46 (UTC +04:00)

Azərbaycanın istehlak bazarında strateji əhəmiyyətli malların siyahısı hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Eyni zamanda Nazirlər Kabineti 3 ay müddətində dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR