Azərbaycanın paralimpiya çempionları üçün xüsusi paralimpiya təqaüdü təsis olunub

Azərbaycanın paralimpiya çempionları üçün xüsusi paralimpiya təqaüdü təsis olunub
# 24 iyul 2024 15:57 (UTC +04:00)

Azərbaycanın paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdü təsis olunub və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin 2 (iki) misli miqdarında müəyyən edilib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Təsis edilən təqaüd Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR