Bank Of Baku

Azərbaycanla Belarus arasında imzalanmış iki sazişə dəyişiklik edilib

Azərbaycanla Belarus arasında imzalanmış iki sazişə dəyişiklik edilib
# 25 oktyabr 2024 16:39 (UTC +04:00)

Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında imzalanmış 2 sazişə dəyişiklik təsdiqlənib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunları imzalayıb.

Bunlar 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”lardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR