Azərbaycanla Belarus arasında malların mənşəyinin sertifikatlaşdırılmasına dair protokol təsdiqlənib

Azərbaycanla Belarus arasında malların mənşəyinin sertifikatlaşdırılmasına dair protokol təsdiqlənib
# 29 iyun 2024 15:49 (UTC +04:00)

2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” təsdiqlənib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə müvafiq Fərman imzalayıb.

Protokol qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR