Bank Of Baku

Azərbaycanla BMT arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib

Azərbaycanla BMT arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib
# 16 mart 2022 21:03 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi”nin təsdiq edilməsi haqqında” fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən, 2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanmış Saziş qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR