Bank Of Baku

Azərbaycanla Vyetnam arasında statistika sahəsində əməkdaşlıqla bağlı memorandum təsdiq edilib

Azərbaycanla Vyetnam arasında statistika sahəsində əməkdaşlıqla bağlı memorandum təsdiq edilib
# 17 fevral 2025 12:57 (UTC +04:00)

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında yer alıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası Hökumətinə bildiriş göndərməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR