Bank Of Baku

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib
# 02 yanvar 2025 18:18 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çetinye şəhərində törədilmiş silahlı hücum ilə bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Nazirlər Kabinetindən bildirilib.

Ə.Əsədov hadisə nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərindən kədərləndiyini bildirib, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR