Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Njupuo Yap Mariatu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, cənab Prezident!
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, Azərbaycan xalqına tərəqqi və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycanla Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasındakı yüksək səviyyəli əməkdaşlıqdan məmnunam. 2023-cü il mayın 18-19-da ölkənizə rəsmi səfərim zamanı Zati-alinizlə məhsuldar görüş keçirmək şərəfinə nail oldum.
Mən mülki müdafiə sahəsində tərəfdaşlığımızın perspektivlərini möhkəmləndirmək istiqamətində işləmək əzmində olduğuma Sizi əmin edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".