Mayın 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud tərkibdə görüşü olub.
Bu barədə APA-nın Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir.
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan Prezidenti və Macarıstanın Baş naziri birgə foto çəkdirdilər.