Bank Of Baku

“Çingiz Aytmatov” ordeni ilk dəfə Azərbaycan Prezidentinə təqdim edilib

“Çingiz Aytmatov” ordeni ilk dəfə Azərbaycan Prezidentinə təqdim edilib
# 05 noyabr 2024 13:41 (UTC +04:00)

“Çingiz Aytmatov” ordeni ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu yazıçının oğlu, Beynəlxalq Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev mədəniyyətin inkişafına xüsusi diqqət yetirir: “Ona görə də ilk ordeni məhz Azərbaycan Prezidentinə təqdim etdik”.

Eldar Aytmatov Prezident İlham Əliyevin də 2008-ci ildə Çingiz Aytmatovu "Dostluq" ordeni ilə təltif etdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR