Denis Beçiroviç Azərbaycan dövlət başçısını təbrik edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç

© APA | Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç

# 29 may 2024 19:36 (UTC +04:00)

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, ölkənizin daha da sürətli inkişafı naminə ən xoş arzularımı bildirirəm.

Əminəm ki, ikitərəfli münasibətlərimiz ümumi maraqlara cavab verən bütün sahələrdə dostluq ruhunda inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR