Bank Of Baku

Dövlət Agentliyinə kəskin qiymət dəyişmələrinin qarşısını almaq vəzifəsi həvalə olunub

Dövlət Agentliyinə kəskin qiymət dəyişmələrinin qarşısını almaq  vəzifəsi həvalə olunub
# 10 fevral 2022 17:11 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi daxili bazarda ölkənin strateji əhəmiyyətli malları üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının almalıdır.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, Agentliyin fəaliyyət istiqamətlərindən biri də ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görməkdir.

Eyni zamanda ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması məqsədilə tədbirlər görmək Agentliyin vəzifələri sırasına daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR