Bu gün biz regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi apardıq.
APA-nın Vilnüsə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev litvalı həmkarı ilə mətbuata birgə bəyanatı zamanı deyib.
“Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Biz ümid edirik ki, sülh danışıqlarının aparılması, nəticə etibarilə, Qafqaza uzunmüddətli sülh gətirəcək”, - dövlət başçısı əlavə edib.