Bank Of Baku

Dövlət başçısı: Azərbaycanla ABŞ arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Dövlət başçısı: Azərbaycanla ABŞ arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
# 04 iyul 2023 11:06 (UTC +04:00)

“Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir”.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ünvanladığı təbrik məktubunda deyilir.

“Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir”, - Prezident İlham Əliyevin təbrik məktubunda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR