Bank Of Baku

Dövlət başçısı: Azərbaycanla Bosniya və Herseqovina bütün məsələlərdə bir-birini dəstəkləyib

Dövlət başçısı: Azərbaycanla Bosniya və Herseqovina bütün məsələlərdə bir-birini dəstəkləyib
# 13 aprel 2023 16:36 (UTC +04:00)

Əlaqələrimizin tarixi də çox gözəldir. Xüsusilə siyasi müstəvidə aparılan məsləhətləşmələr və əlaqələr bizim münasibətlərimizi yüksək səviyyəyə qaldırmışdır.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

“Biz bütün məsələlərdə beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləmişik və bu dəstək bu gün də hiss olunur. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı ilə bağlı işğal dövründə Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi”, - Prezident qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR