Bank Of Baku

Dövlət başçısı: Azərbaycanla İsrail arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir

Dövlət başçısı: Azərbaycanla İsrail arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir
# 17 fevral 2023 23:12 (UTC +04:00)

Azərbaycanla İsrail arasında münasibətlər dostluq və tərəfdaşlıq xarakteri daşıyır.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü zamanı bildirib.

Dövlət başçısı müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrimizin inkişafına daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR