Dövlət başçısı: Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə ittihamlar tamamilə əsassızdır

Dövlət başçısı: Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə ittihamlar tamamilə əsassızdır
# 03 aprel 2024 18:23 (UTC +04:00)

Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparılıb.

APA xəbər verir ki, Prezident İlham Əliyev xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib.

Həmçinin dövlət başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR