Bank Of Baku

Dövlət başçısı Ştaynmayeri yenidən Almaniya Prezidenti seçilməsi münasibətilə təbrik edib

Frank-Valter Ştaynmayer, Prezident İlham Əliyev

© APA | Frank-Valter Ştaynmayer, Prezident İlham Əliyev

# 15 fevral 2022 16:09 (UTC +04:00)

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz bu il Azərbaycan ilə Almaniya arasında diplomatik əlaqələrin qurulmasının otuz illiyini qeyd edəcəyik. Bu dövr ərzində ikitərəfli səviyyədə nail olduğumuz siyasi dialoq, bir sıra sahələrdə formalaşmış qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir.

İnanıram ki, dövlətlərarası münasibətlərimiz və səmərəli əməkdaşlığımız istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR