Bank Of Baku

Dövlət başçısı Tunis Prezidentini təbrik edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 19 mart 2022 14:12 (UTC +04:00)

Prezident İlham Əlyev Tunis Respublikasının Prezidenti Kays Sayidə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktiubda deyilir:

“Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR