“Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir”.
APA xəbər verir ki, bunu bu gün Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib.
Dövlət başçısı deyib ki, Türkiyə kimi qüdrətli ölkə Azərbaycanın qardaşıdır.
“Bu, bizim üçün böyük xoşbəxtlikdir. Və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi”, - dövlət başçısı əlavə edib.