Bank Of Baku

Dövlət başçısı və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB

Dövlət başçısı və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB
# 14 fevral 2024 18:01 (UTC +04:00)

Xəbərə fotolar əlavə olunub.

***

13:41

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

APA xəbər verir ki, dövlət başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.

Sonra xatirə şəkli çəkdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR