Bank Of Baku

Dövlət başçısı: "Yaşıl enerji" dəhlizi layihəsi bizim və tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək

Dövlət başçısı: "Yaşıl enerji" dəhlizi layihəsi bizim və tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək
# 08 oktyabr 2023 15:07 (UTC +04:00)

“Energetika sahəsində ənənəvi sahələrdən başqa, bu gün bizi birləşdirən "Yaşıl enerji" dəhlizi layihəsidir".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, burada da yenə Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir: “Yaxın aylarda bu layihənin texniki, iqtisadi əsaslandırılması hazır olacaq. Ondan sonra əminəm ki, konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur. Və beləliklə, "Yaşıl enerji" dəhlizi, enerji kabeli inşa edilərək həm bizim, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR