Bank Of Baku

Dövlət başçısı: Yaxın zamanlarda Şuşada ikinci böyük yaşayış kompleksinin təməli qoyulacaq

Dövlət başçısı: Yaxın zamanlarda Şuşada ikinci böyük yaşayış kompleksinin təməli qoyulacaq
# 18 aprel 2023 16:58 (UTC +04:00)

Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. Biz ikinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməlini yaxın zamanlarda qoyacağıq.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı, həmçinin deyib ki, Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR