Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu təsdiqlənib.
APA-nın məlumatına görə, Prezident İlham Əliyev bu gün bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Agentliyin strukturuna Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatı və Dövlət Ehtiyatları Agentliyinin idarə, filial və nümayəndəlikləri daxildir.
Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Тizamnaməsinə əsasən, Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.
İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti tərkibi 3 üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2 müavinindən ibarətdir.
İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri, İdarə Heyəti sədrinin müavini olmadıqda isə sədrin müəyyən etdiyi digər vəzifəli şəxs həyata keçirir.
İdarə Heyətinin sədri Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir.