Bank Of Baku

Dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində idxal olunan avadanlıq və xammal gömrük rüsumlarından azad edilib

Dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində idxal olunan avadanlıq və xammal gömrük rüsumlarından azad edilib
# 24 dekabr 2024 18:20 (UTC +04:00)

Dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanununa uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilib.


APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR