Bank Of Baku

Dövlət sirrinə aid məlumatlar barədə sərəncam verəcək orqanların sayı artıb

İlham Əliyev, Azərbaycan Prezidenti

© APA | İlham Əliyev, Azərbaycan Prezidenti

# 10 fevral 2022 17:06 (UTC +04:00)

Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının siyahısı genişləndirilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının siyahısına daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR