Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi təsdiqlənib.
APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 919 860 000,0 manat olacaq.